“İnsan Kapitalı Forumu-2018” öz işinə başlayıb.
BBN.az xəbər verir ki, bugün Azərbaycan Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə Bakıda “Human Capital Forum – 2018” keçirilir.
Forum ABA-nın prezidenti Zakir Nuriyev, Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayevin giriş nitqləri ilə açıq elan edilib.
Forumun məqsədi insan resursları sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, onların peşəkar inkişafına dəstək vermək, təcrübə mübadiləsi aparmaq, HR sahəsində baş verən yeniliklərlə tanışlıq, onların Azərbaycanda da tətbiqi imkanlarını birgə dəyərləndirmək və bu istiqamətdə müştərək fəaliyyət üçün motivasiya yaratmaqdır.
Qeyd edək ki, tədbirdə maliyyə qurumlarının HR menecerləri, Azərbaycan İnsan Resursları Cəmiyyətinin üzvləri, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər iştirak edirlər.