Instagram istifadəçiləri videolarda gördükləri məhsulları rahatlıqla satın ala biləcəklər

Beynəlxalq sosial media tətbiqetmələrindən biri olan “Instagram” istifadəçilərini innovativ layihələrlə sevindirir.

Belə ki, son dövrlərdə online ticarət funksiyasının təkmilləşdirilməsi üzərində fokuslanan nəhəng şirkət mobil tətbiqetməyə üç yeni özəllik əlavə edib:

İstifadəçilər artıq sosial mediada bəyəndikləri bütün məhsulları yadda saxlaya, eləcə də yadda saxlanılan məhsulları kolleksiyalar şəklində toplaya biləcəklər.

Şirkətlərin rəsmi səhifələrində paylaşılan videolara toxunaraq, videoda reklam edilən məhsul haqqında ətraflı məlumat əldə edə və həmin məhsulu online şəkildə sifariş edə biləcəklər.

Biznes profillərdə həyata keçiriləcək bəzi dəyişikliklər, istifadəçinin şirkət tərəfindən satışa sunulan bütün məhsullara yalnızca “shop” düyməsini klikləməklə nəzər yetirə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır