Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 56011 işə baxılıb ki, bu da 2016-cı ilin göstəricisindən 49,4% çoxdur.
Onların 72,8 %-i idarəçilik qaydaları, 6 %-i ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5,6 %-i yol hərəkəti qaydaları, 5,3 %-i sağlamlıq, 2,3 %-i mülkiyyət əleyhinə olan, 1,3 %-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 1,2 %-i gömrük qaydaları, 1,1 %-i ticarət qaydaları, 0,3 %-i iqtisadi fəaliyyət qaydaları, 4,1 %-i isə digər inzibati xətalarla bağlı olub.
2017-ci ildə baxılmış işlərin 61,9 %-i üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 25,5 %-nin icraatına xitam verilib, 12,2 %-i üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,4 %-i üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.
İnzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş 34644 nəfərin 38,1 %-nə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 36,1 %-nə inzibati cərimə, 21 %-nə inzibati həbs, 2,3 %-nə ictimai işlər, 0,2 %-nə xəbərdarlıq, 2,3 %-nə isə digər tənbeh növləri tətbiq edilib.