Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom”-un rəsmi məlumatına görə, istifadəçilərə göstərilən internet xidmətlərinin keyfiyyətinin artırılması və hər kəs üçün əlçatan olmasının təmin edilməsi üçün bir sıra müxtəlif kompaniyaların keçirilməsi planlaşdırılır.
Belə ki, bu yöndə atılacaq ilk addım Ulu öndər, Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olunmasıdır. Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.
“Delta Telecom”-dan bildirilib ki, provayderlərlə birgə fəaliyyətindən sonra istifadəçilər internet xidmətlərində müsbət gözəçarpan dəyişiklikləri hiss edəcəklər.