Expressbank üçün müştərilərinin pul vəsaitlərinin təhlükəsizliyi çox önəmlidir. Məhz buna görə də, internet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşısının alınması məqsədilə Expressbank bank kartları üzrə 3D Secure xidmətini təqdim edir. Bu xidmətdən həm Visa, həm də MasterCard plastik kart sahibləri yararlana bilərlər.
3D Secure xidməti müştərinin seçimi əsasında 2 növdə təklif olunur: dinamik və statik. “Dinamik” seçimdə hər dəfə onlayn əməliyyat zamanı müştəriyə SMS vasitəsilə yeni şifrə təqdim olunur, “Statik” seçimdə isə şifrə dəyişilmir və qeydiyyat zamanı müştəri tərəfindən təyin olunur.
Bu xidmət Expressbank – ın plastik kart sahibləri üçün pulsuz təqdim olunur.
Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.