İnternet Vergi İdarəsi Portalı vasitəsilə göstərilən xidmət tam avtomatlaşdırılıb

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi prosesi asanlaşdırılıb. Belə ki, İnternet Vergi İdarəsi Portalı vasitəsilə göstərilən xidmət tam, Çağrı Mərkəzi vasitəsilə göstərilən xidmət qismən avtomatlaşdırılıb. Ərizə elektron qaydada vergi orqanına göndərildikdən sonra  2 gündən gec olmayaraq şəhadətamə-dublikat verilir və elektron qaydada vergi ödəyicisinin ərizəsində qeyd  edilmiş bankın informasiya sisteminə göndərilir. Qeyd edək ki, vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər, və maliyyə sanksiyaları üzrə borcu olduqda, mobil telefon nömrəsi səhv bildirildikdə və ya həmin nömrəylə bağlı nasazlıq olduqda, müraciət edən şəxs “ASAN imza” ya sahib olmadıqda, mobil telefon nömrəsində  ASAN imza xidməti aktiv olmadıqda elektron xidmətin göstərilməsindən imtina edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır