“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2016-cı il üzrə maliyyə göstəricilərini açıqlayıb. Belə ki, şirkətin ötən il üzrə aktivləri hesabat dövründən əvvəlki il ilə müqayisədə 2 dəfədən çox artaraq 7 mln. 610 min 971 manata çatıb.
“İnvest-AZ İnvestisiya Şirkəti”nin 2016-cı il üzrə cəmi öhdəlikləri 6 mln. 758 min 425 manat , cəmi gəliri 2 mln. 404 min 693 manat, xalis mənfəət isə 533 min 561 manat təşkil edib.
Qeyd edək ki, şirkət ötən il ilə müqayisədə mənfəətini 456 min 131 manat artırıb.