Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib.
İclasda qeyd edilib ki, 2016-cı ildə qeyri-neft sənayesində məhsul istehsalı 5%, kənd təsərrüfatı 2,6%, informasiya və rabitə sahəsi 4,4%, ticarət 1,7%, turizm 11% artıb. Ötən il ölkə iqtisadiyyatına 11,7 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun 3,7 mlrd. dolları daxili sərmayələrdir.
Ötən ildə 410 sənaye müəssisəsi açılıb, eyni zamanda, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.