27-28 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının iclası və XXII Dünya İnvestisiya Konfransı keçirilib.
Belə ki, WAIPA-nın Konfransında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) aktiv fəaliyyəti, təşkilatın inkişafına verdiyi töhfə nəzərə alınaraq İdarəetmə Komitəsinin qərarı ilə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov növbəti (3-cü) dəfə WAIPA-nın vitse-prezidenti seçilib.
Qeyd edək ki, WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 130 ölkədən 170 üzvü var. WAIPA-nın başlıca məqsədi investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalar üzrə strategiyanın formalaşmasında dəstək göstərilməsidir.