İnvestisiyanın təşviqi hesabına 5000 iş yeri açılıb

İndiyədək 64 sahibkarlıq subyektinə 67 investiya təşviqi sənədi, 42 sahibkarlıq subyektinə isə 115 təsdiqedici sənəd verilib. Bu layihələrin ümumi investisiya dəyəri 827,9 mln. manat təşkil edir. Bu layihələr çərçivəsində 5000-dən çox iş yerinin açılması nəzərdə tutulur.

Bunun davamı olaraq, Şirvan şəhərində sahibkarlıq subyektləri üçün növbəti interaktiv treninq keçirilib.

Treninqdə iştirakçılara ölkəmizdə investisya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib, bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilərək, praktiki məşğələlər vasitəsilə nümunələr göstərilib.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır