“Ipək Yolu Sığorta”nın Səhmdarlarının yığıncağının vaxtı dəyişib

“Ipək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının keçirilmə tarixi və saatı dəyişdirilmişdir. İclas 27 dekabr 2016-cı il tarixində saat 14:00-da Bakı şəh., Zərifə Əliyeva küçəsi 55, ofis № 44 ünvanında keçiriləcəkdir. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

1. “İpək Yolu Sığorta” ASC-nin 2016-cı il üzrə müstəqil auditorunun seçilməsi;

2. “İpək Yolu Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzvün seçilməsi.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla 27 dekabr 2016-cı il tarixdə saat 09:00-dan 14:00-adək “İpək Yolu Sığorta” ASC-nin Bakı şəh., Zərifə Əliyeva küçəsi 55, ofis № 44 ünvanında yerləşən ofisində tanış ola bilərlər. Sənədlərin təqdim edilməsi üzrə məsul şəxs Quliyeva Rəna Əlyəddin qızı təyin edilmişir. Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı əlaqə vasitələrinə müraciət etməyiniz xahiş olunur: Telefon: +994 12 598 39 50 Faks: +994 12 598 38 02 E-mail: contact@silkwayinsurance.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır