iPhone 8-in ekranını Samsung istehsal edəcək

Texnologiya nəhəngi  “Apple”ın gələn ildən iPhone dizaynında aliminum və şüşədən imtina edəcəyi gözlənilir.

BBN.az “The Korea Herald” qəzetinə istinadən xəbər verir ki, “iPhone 8” istehsalında plastikdən, ekran kimi isə OLED panelindən istifadə ediləcək.

Bu növ ekranlar isə “Samsung Display” tərəfindən istehsal edilir. Məlumata əsasən, “Samsung” “Apple”ı 100 mln. ədəd OLED ekranı ilə təmin edə bilər.

Həmçinin “iPhone 8”-lə gələcək ən böyük yenilik isə naqilsiz enerji dolumunun təmin edilməsidir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır