“iPhone X” “Apple” səhmlərini rekord həddə çatdırıb

Texnologiya nəhəngi “Apple” şirkətinin bazarda yeni istehsalı olan “iPhone X” mobil telofonuna gələn müsbət rəylər, şirkətin səhmlərinin rekord səviyyəyə qalxması ilə nəticələnib.

Belə ki, “Apple” səhmləri 1,5% yüksələrək rekord həddə çatıb. Şirkətin hər bir səhminə düşən məbləğ 169 dollar təşkil edib.

Telofonla əlaqəli müsbət fikirlər şirkətin bazar dəyərini bir gecədə 10.9 milyard dollar artıraraq 872.8 milyard dollara çatdırıb. Şirkətin səhmləri bu ilin əvvəlindən 46% artıb.

Qeyd edək ki, telefon haqqında ən mənfi şərhlər isə “FaceID” kimi tanınan üz tanıma texnologiyası ilə bağlı olub. Telefonu sınaqdan keçirənlər üz tanıma texnologiyasının işləmədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır