İpoteka Fondu 100 mln. manatlıq istiqrazlarını satışa çıxaracaq

6 aprel 2017-ci il tarixində Bakı Fond Birjasında ( BFB) İpoteka Fondunun (AİF) adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazların satış məbləği 1000 manat dəyərində olacaq.

AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 6 mart 2017- ci il tarixində qeydiyyata alınıb. Emissiyanın ümumi həcmi 100 mln.manat, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi isə 3 % təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsiylə həyata keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit mərkəzi tərəfindən göstəriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır