İpoteka Fondu 100 mln. manatlıq istiqrazlarını satışa çıxaracaq

25 may 2017-ci il tarixində BFB-də “Azərbaycan İpoteka Fondu” ASC-nin 15 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 004,0833 manat qiyməti ilə satışa çıxarılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 6 mart 2017-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN , bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır