İpoteka Fondu açıq tender elan edib

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətin bir sıra informasiya sistemlərinə, server və şəbəkə avadanlıqlarına 2017-ci ildə dəstək xidmətlərinin satın alınması ilə bağlı Açıq tender elan edib.

Açıq tender 3 (üç) lotdan ibarətdir:

Lot 1 – Onlayn ödənişlərin təmin edilməsi üzrə İnformasiya Mübadiləsi Moduluna dəstək xidməti;

Lot 2 – “Elektron İpoteka Sistemi”nə dəstək xidməti;

Lot 3 – Avtomatlaşdırılmış Baş Muhasibat Uçotu Sisteminə dəstək xidməti.

Lotlar üzrə bölünməyə yol verilir.

Lotlar üzrə iştirak haqları aşağıdakı kimidir:

  • Lot 1 – 100 (yüz) AZN;
  • Lot 2 – 100 (yüz) AZN;
  • Lot 3 – 100 (yüz) AZN.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır