“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin “Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və tətbiq edilməsi ilə əlaqədar mal və xidmətlərin satın alınması ilə bağlı Açıq tender üzrə ilkin sənədlər 10 aprel 2017-ci il saat 18.00-dək, tender zərfləri isə 20 aprel 2017-ci il saat 18.00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Tender zərfləri 21 aprel 2017-ci il saat 15.00–da Cəmiyyətin inzibati binasında açılacaqdır.
Tenderlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.