İpoteka Fondu ötən ili mənfəətlə başa vurub

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti 2016-cı ilin yekununda 7 659 min manat həcmində mənfəət əldə edib. Bu göstərici 2015-ci ilin yekunu ilə müqayisədə 42% çoxdur, belə ki, 2015-ci ildə ASC 5 400 min manat həcmində mənfəət əldə edib.

Qeyd edək ki, Fondun gəlirləri ötən ildə 22 095 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır