İpoteka Fondu tender elan edir

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti üçün avtonəqliyyat vasitələrinin satın alınması ilə bağlı açıq tender.

Tenderdə iştirak haqqı 500 AZN-dir. İştirak haqqı “Azərbaycan İpoteka Fondu” ASC-nin aşağıdakı hesabına köçürülməlidir:

VÖEN: 1403502281

Hesab №: AZ57NABZ01360450000000005944

Bank:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kodu:  501004

VÖEN: 9900071001

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.I.F.T  BIK: NABZAZ2C
İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi;
  4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı –  10.05.2017-ci il tarixinədək  qüvvədə olmalıdır;
  5. Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, dövlət qeydiyyat şəhadətnaməsi və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, bank rekvizitləri;
  6. Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
  7. İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;
  8. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafıq vergi orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi);
  9. İddiaçıların fəaliyyət sahəsi üzrə iş təcrübəsi barədə məlumatlar.
  10. Açıq tenderin Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.

İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da əlavə edə bilər.

İddiaçı tərəfindən təklif olunan qiymət təklifi avtonəqliyyat vasitələrinin dəyərindən başqa nəqliyyat, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla AZN-lə göstərilməlidir.

İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən tenderin əsas şərtlər toplusunu almaq mümkündür. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 31 yanvar 2017-ci il saat 18.00-dək, tələb olunan digər sənədlər isə 18 yanvar 2017-ci il saat 18.00-dək “Azərbaycan İpoteka Fondu” ASC-nin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender zərfləri 01 fevral 2017-ci il saat 15.00–da “Azərbaycan İpoteka Fondu” ASC-nin inzibati binasında açılacaqdır.

Tenderlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 111) nömrəli telefona zəng etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır