İpoteka Fondu tender elan edir

“Azərbaycan İpoteka Fondu” ASC informasiya texnologiyalarına dair avadanlıqların satın alınması ilə bağlı təkliflər sorğusu elan edir.

Satınalma üzrə prosedurlar 23 noyabr 2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.

Təkliflər sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.

Satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilib. İştirak haqqı Cəmiyyətin aşağıdakı hesabına ödənildikdən sonra satınalmanın Təkliflər sorğusunun Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalma üzrə ilkin sənədlər 08 noyabr 2017-ci il tarixinədək, təklif zərfləri isə 22 noyabr 2017-ci il tarixinədək qəbul ediləcək.

Qeyd edək ki, satınalmada iştirak üçün tələb və sənədlər haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır