İpoteka Fondunun 20 milyon manatlıq istiqrazları yerləşdiriləcək

17 fevral 2017-ci il tarixində Bakı Fond Birjasında  «Azərbaycan İpoteka Fondu» ASC-nin (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si AZ2011008680
Hərraca çıxarılan həcm (nominal qiymətlə) 20 000 000 AZN
Bir istiqrazların nominal qiyməti 1000 АZN
İstiqrazların tədavül müddəti 3600  gün
İstiqrazlar üzrə gəlirlilik 3 %

 

İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1001.75 AZN təşkil edəcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

Qeyd edək ki, BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır