22 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat cədvəldə verilib:
Qiymətli kağızın ISIN kodu | AZ2026008683 |
Emissiya həcmi | 10 000 000 AZN |
Nominal qiyməti | 1000 AZN |
Hərrac qiyməti | 1006.3333 AZN |
İstiqrazların tədavül müddəti | 23 il (8280 gün) |
Faiz dərəcəsi | 3% |
Faiz gəlirinin ödəniş müddəti | 6 aydan bir (180 gün) |
Anderrayter | Paşa Kapital İŞ QSC |
Qeyd edək ki, təqdim edilən sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.