“İpoteka Fondu”nun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

09 mart 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2012008689 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir.

İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si AZ2012008689
Hərraca çıxarılan həcm (nominal qiymətlə) 20 000 000 AZN
Bir istiqrazların nominal qiyməti 1000 АZN
İstiqrazların tədavül müddəti 3600  gün
İstiqrazlar üzrə gəlirlilik 3 %

İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1003.50 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır