23 iyunda 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2018008683 dövlət qeydiyyat nömrəli, adlı sənədsiz faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat Nº-i | AZ2018008683 |
Hərraca çıxarılan həcm (nominal qiymətlə) | 15 000 000 AZN |
Bir istiqrazın nominal qiyməti | 1000 АZN |
İstiqrazların tədavül müddəti | 7560 gün |
İstiqrazlar üzrə gəlirlilik | 3 % |
İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1006.50 AZN təşkil edəcək. Təqdim edilən sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.