20 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2022008687 ISIN-li, 25 mln manat həcmində, 18 il (6480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Belə ki, yerləşdirmə zamanı hərrac qiyməti 1003,50 manat, sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 200 000,00 manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 25 mln manat təşkil edib.
Qeyd edək ki , istiqrazların ödəmə tarixi 6 iyun 2035-ci ildir.