İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

8 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC –   nin  AZ2023008686 ISIN-li, 25 mln manat həcmində, 18 il (6480 gün) tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Belə ki, yerləşdirmə zamanı hərrac qiyməti 1005,0833 AZN olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 000 000,00 manat təşkil edib.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 mln manat olub.

Qeyd edək ki, istiqrazların   ödəmə tarixi 06 iyun  2035-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır