İpoteka Fondunun kapitalı 60 mln. manata yaxın artırılacaqdır

BBN.az xəbər verir ki, Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF)  nizamnamə kapitalı 58.8 mln. manat artırılacaq.

Belə ki,  “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmandakı dəyişikliklərdə AİF-in nizamnamə kapitalının 366 mln. manata çatdırılması əks etdirilib.

Qeyd edək ki, dəyişiklikdən əvvəl Fondun kapitalı  307.23 mln. manat nəzərdə tutulurdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır