16 mart 2017-ci il tarixində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda ipoteka kreditlərinin verilməsinin mövcud vəziyyəti, habelə kredit şərtləri və digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib. İclasda həmçinin Cəmiyyətin 2017-ci il üçün büdcəsinə dəyişikliklər və ipoteka krediti hesabına alınan yaşayış sahəsinin 1 kvadratmetri üçün yeni orta bazar qiymətləri təsdiq edilib.
Məlumat üçün bildiririk ki, Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq Müşahidə Şurası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələrindən olmaqla, 5 üzvdən ibarətdir. Müşahidə Şurasının üzvlərini həmin qurumların təklifi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti vəzifəyə təyin və vəzifədən azad edir. Müşahidə Şurasının üzvləri 3 il müddətinə təyin edilirlər və ictimai əsaslarla fəaliyyət göstərirlər. Müşahidə Şurasının üzvləri ardıcıl qaydada Müşahidə Şurasında sədrlik edirlər. Sədrin səlahiyyət müddəti üç aydır.