İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərracın nəticəsi məlum olub

4 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2015008686) nominal qiymətlə həcmi 10 000 000 manat təşkil edib.Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçrilib.İsiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,002.33 AZN təyin edilib

İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 10,040,000 AZN təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.

Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 18 dekabr  2037-cı ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır