20 aprel 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.Hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2014008687) nominal qiymətlə həcmi 15 000 000 manat təşkil edib.
Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30 dək həyata keçirilib.İsiqrazların buraxılış şərtlərinə görə hərrac qiyməti 1,001.17 AZN təyin edilib.
İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymələ 15 000 000 AZN . Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.
Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.