İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

28 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC – nin AZ2031008686 ISIN-li, 20 mln. manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Yerləşdirmə zamanı hərrac qiyməti 1 000 AZN olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00  manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00  manat təşkil edib.

İstiqrazların   ödəmə tarixi 29 aprel 2041-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır