İpoteka kreditləri üzrə maksimal məbləğ 100 000 manatdan 150 000 manatadək artırılıb

2017-ci il ölkəmizdə dərin və köklü iqtisadi islahatlar ili kimi tarixə düşmüşdür. Sosial və iqtisadi həyatın müxtəlif sahələrində həyata keçirilmiş yeniliklər və təkmilləşdirmə işləri “Azərbaycan İpoteka Fondu” ASC-nin əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətində də öz əksini tapıb. Ötən il həm təşkilatın fəaliyyəti ilə bağlı, həm də ümumilikdə ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub.

Həyata keçirilən iqtisadi islahatlar çərçivəsində Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması və eyni zamanda iqtisadi inkişafın dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə  təsdiq edilən “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin də icrasına başlanılıb.

İpoteka kreditləşməsinin effektivliyinin və əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə adi ipoteka kreditləri üzrə maksimal məbləğ 100 000 manatdan 150 000 manatadək artırılıb, maksimal faiz dərəcələri isə dəyişdirilmədən (ipoteka kreditləri – illik 8%, güzəştli ipoteka kreditləri – illik 4%) saxlanılıb.

Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır