08 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ofisində İpoteka sistemi ilə bağlı son yeniliklərin və problemlərin müzakirəsi məqsədilə “İpoteka krediti proqramının inkişafı üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.
İclasda Qrup sədri Rəşad Paşayev və Qrupunun digər üzvləri iştirak edib.
İclas zamanı ipoteka sistemindəki problemlər, eləcə də, banklara girov qoyulmuş daşınmaz əmlakın sökülməsi ilə əlaqədar banklar üçün məlumatlandırma mexanizminin hazırlanması ilə bağlı müzakirələr aparılır.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.