Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2036008681 ISIN-li, 20 mln manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00 manat olub.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 31 iyul 2041-ci ildir.