İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

13 may 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin AZ2036008681 İSİN kodlu ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib :

Qiymətli kağızın ISIN koduAZ2036008681
Emissiya həcmi6 000 000 AZN
Nominal qiyməti1000 АZN
Hərrac qiyməti1013.7500 AZN
İstiqrazların ödəniş tarixi31.07.2041
Faiz dərəcəsi3 %
Faiz gəlirinin ödəniş müddəti6 aydan bir (180 gün)
AnderrayterPSG-Kapital İŞ QSC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır