İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı Açıq tenderi elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna proqram təminatının lisenziyasının (MS Office Home and Business 2019 All Lng PKL Onln CEE Only DwnLd C2R NR) satın alınması üzrə açıq tender.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra- Fond) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://www.mcgf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.

Tender üzrə prosedurlar 12 dekabr 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün ərizə;
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • Təklif;
  • Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
  • iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri;
  • Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
  • iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar).

 

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır