Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu üçün daşınmaz əmlak bazarında tələbin öyrənilməsinə dair ictimai sorğunun keçirilməsi üzrə xidmətin satın alınması ilə bağlı satınalma elan edir.
Satınalma üzrə prosedurlar 12 oktyabr 2018-ci il tarixində saat 15:00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.
Satınalmadaiştirak haqqı 50 manat məbləğində müəyyən edilib. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalma üzrə ilkin sənədlər 02 oktyabr 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 11 oktyabr 2018-ci il tarixinədək qəbul ediləcək.
Qeyd edək ki, ətraflı məlumatı keçiddən əldə edə bilərsiz.