İpoteka və Kredit Zəmanət Fondu satınalma elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna İP telefoniya əsaslı yeni ATS-in qurulması ilə bağlı mal və işlərin satın alınması üzrə təkliflər sorğusu elan edir.

BBN.az xəbər verir ki, satınalma üzrə prosedurlar 23 oktyabr 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.

Satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilib. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalma üzrə ilkin sənədlər 11 oktyabr 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 22 oktyabr 2018-ci iltarixinədək qəbul ediləcək.

Qeyd edək ki, ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır