“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında 1.1. 1-ci, 2-ci və 7-ci hissələr, 3.1 – 3.4-cü, 3.6-cı, 4.1-ci və 5.1-ci bəndlərində dəyişikliklər edilərək, həmin bəndlərin ləğv edilməsi barədə fərman imzalanıb.
Prezidentin fərmanına əsasən, 3.5-ci bənddə “Cəmiyyətin” sözü “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sözləri ilə əvəz edilib.
4.8-ci bənddə “Cəmiyyətin” sözü “Fondun” sözü ilə əvəzlənib.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 466 mln. manat təşkil edir. İpoteka və Kredit Zəmanət Fondunun əmlakı nizamnamə kapitalına daxil olan əmlak, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə olunan daxilolmalar, Fondun emissiya etdiyi istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər, alınmış kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.