29 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2034008683 ISIN-li, 25 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BBN.az xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000, 0000 AZN olub.Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26 000 000,00 manat təşkil edib.İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 000 000,00 manat olub.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi 31 iyul 2041-ci ildir.