İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

12 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Qiymətli kağızın ISIN kodu AZ2030008687
Emissiya həcmi 20 000 000 AZN
Nominal qiyməti 1000 AZN
Hərrac qiyməti 1007 AZN
İstiqrazların tədavül müddəti 23 il (8280 gün)
Faiz dərəcəsi 3%
Faiz gəlirinin ödəniş müddəti 6 aydan bir (180 gün)
Anderrayter PSG-Kapital İŞ QSC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır