20 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Qiymətli kağızın ISIN kodu | AZ2032008685 |
Emissiya həcmi | 20 000 000 AZN |
Nominal qiyməti | 1000 AZN |
Hərrac qiyməti | 1001, 9167 AZN |
İstiqrazların tədavül müddəti | 23 il (8280 gün) |
Faiz dərəcəsi | 3% |
Faiz gəlirinin ödəniş müddəti | 6 aydan bir (180 gün) |
Anderrayter | PSG-Kapital İŞ QSC |