Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin yenilənməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair Açıq tender ilə bağlı müddətlərdə aşağıdakı dəyişikliklər edilib:
Tender üzrə təklif zərfləri və təklifin təminatı 13 sentyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Tender zərfləri 14 sentyabr 2018-ci il saat 16.30–da Fondun inzibati binasında açılacaq.
Təklifin qüvvədə olma müddəti 29 oktyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti isə 12 dekabr 2018-ci il tarixinədək müəyyən edilib.
Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.