İpotekada tətbiq edilən minimum yaşayış həddi üzrə bankların sıralaması

İpoteka krediti əldə edən zaman veriləcək məbləğin həcmi müştərinin ödəniş qabiliyyətindən asılıdır. Bu zaman müştərinin aylıq qazancı, kredit müraciəti edənə qədərki bir il ərzində əldə etdiyi ümumi gəlirin 12-yə bölünməsi ilə hesablanılır. Həmçinin banklar kredit verərkən,  müştərinin xərclərini də nəzərə alırlar. Belə ki,  ipoteka krediti əldə edən müştəri həm də öz minimum yaşayışını da təmin etməlidir. Bu minimum hədd, həmçinin sığorta haqqı və digər öhdəliklər müştərinin aylıq gəlirindən çıxıldıqdan sonra müştərinin ödəyə biləcəyi maksimum aylıq vəsait müəyyənləşir və veriləcək kreditin ümumi həcmi hesablanılır.

Qeyd edək ki, bu minimum yaşayış həcmi ilə bağlı hər bir bank fərqli siyasət yeridir. Əksər banklarda bu hədd 155 manat olsa da, bəzilərində isə bu göstərici 200 manata qədər yüksəlir. Bunu hər bir bankın gələcək dövr ilə bağlı inflyasiya gözləntisinin və bundan irəli gələrək, yaşayış minimumundakı artım proqnozunun fərqli olması ilə izah etmək olar. Nəzərə almaq lazımdır ki, hazırkı minimum yaşayış  səbətinin qiyməti ilə 20 il sonrakı minimum yaşayış səbətinin qiyməti fərqli ola və böyük ehtimal arta bilər.

Ümumilikdə isə ipoteka krediti alan müştəriyə tətbiq edilən minimum yaşayış həddi ilə bağlı bankların sıralaması aşağıdakı kimidir:

Sıra Banklar Yaşayış minimumu (manatla)
1-13 AFB Bank ASC 155
1-13 Bank Avrasiya ASC 155
1-13 Bank BTB ASC 155
1-13 Bank Silk Vey ASC 155
1-13 Caspian Development Bank ASC 155
1-13 Dəmirbank ASC 155
1-13 GünayBank ASC 155
1-13 NBCBank ASC 155
1-13 Nikoyl ASC 155
1-13 Rabitəbank ASC 155
1-13 Turanbank ASC 155
1-13 Xalq Bankı ASC 155
1-13 Yapi Kredi Bank QSC 155
14 Muğanbank ASC 160
15 AGBank ASC 170
16 Bank VTB (Azərbaycan) 175
17-21 AtaBank ASC 180
17-21 Azər-Türk Bank ASC 180
17-21 Bank of Baku ASC 180
17-21 Express Bank ASC 180
17-21 PAŞA Bank ASC 180
22-25 Azərbaycan Beynəlxalq Bankı ASC 200
22-25 Bank Respublika ASC 200
22-25 Kapital Bank ASC 200
22-25 UniBank KB ASC 200

Qeyd: Yaşayış minimumu -Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin hesablanması zamanı hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz. 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat müəyyən edilmişdir.

BBN.az tərəfindən aparılan bu tip bazar araşdırmaları ilə mütəmadi olaraq, tanış olmaq üçün səhifəmizi bəyənə bilərsiniz.

Həmçinin bax:

Adi ipoteka kreditlərində minimum ilkin ödəniş nə qədərdir? – SİYAHI

Güzəştli ipoteka kreditlərində minimum ilkin ödəniş nə qədərdir? – SİYAHI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır