Bu ölkədə ötən ilin son rübündə 2.9% iqtisadi artım olub

2017-ci ilin IV rübündə ABŞ-da iqtisadi artım 2.9% olub. Bazarlar isə 2.7% artım olacağını gözləyirdi.

BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin son rübündə inflyasiya dəyişməyib. PCE qiymət indeksi 1,9% , ÜDM qiymət indeksi isə 2,3% sabit səviyyəsində saxlanılıb.

ABŞ prezidenti Donald Trumpun Ağ Evdəki ilk ilində ölkənin iqtisadiyyatı 2,3 faiz artıb.

Qeyd edək ki, 2017-ci ildə özündən əvvəlki ilə nisbətən 0.8% iqtisadi artım olub. Analitklər bu artımın 2018-ci ildə 3%-ə çatacağını proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır