İqtisadi imkanların yaradılması üçün nəqliyyat və logistikadan istifadə” mövzusunda bilik sərgisi keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, Dünya Bankının birgə təşkilatçılığı ilə bilik sərgisi keçirilib. “İqtisadi imkanların yaradılması üçün nəqliyyat və logistikadan istifadə” adlı sərgidə Dünya Bankının bu sahədə apardığı təhlil və qiymətləndirmələrin nəticələri təqdim olunub.

BBN.az  xəbər verir ki, müzakirə zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycanda aparılan mühüm iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturu müasirləşdirilib.

Həmçinin tranzit imkanlarının genişləndirilməsi üçün önəmli işlər görülür, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün mühü işlər görülür. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir.

Daha sonra Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi “Bilik sərgisi”nin mahiyyətindən danışaraq bildirib ki, təmsil etdiyi qurum ölkəmizdə bir sıra ciddi layihələr həyata keçirir. “İqtisadi imkanların yaradılması üçün nəqliyyat və logistikadan istifadə” mövzusunda təşkil olunan sərgidə də qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi ilə bağlı görülən işlərdən danışılıb.“Bilik sərgisi” zamanı iştirakçılara “Nəqliyyat Dəhlizləri və İqtisadi İnkişaf ”, “Qafqaz nəqliyyat dəhlizi: Onu necə rəqabətə davamlı və səmərəli yük daşıma dəhlizinə çevirməli” mövzusunda prezentasiyalar təqdim olunub.

Müzakirə zamanı dövlət, özəl qurumların, qeyri hökumət təşkilatlarının və akademik ictimaiyyətin nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır