Aprelin 18-də İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
İki gün davam edəcək səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin iş adamları arasında görüş, eləcə də bir sıra ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.
İqtisadiyyat naziri BƏƏ-yə səfər edir
