İqtisadiyyat naziri Beyləqanda sahibkarlar və vətəndaşlarla görüşüb

Dekabrın 22-də İqtisadiyyat naziri Şahin Mustafayev Beyləqan şəhərində Füzuli, Xocavənd, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı lazımi izahat verilib, bir sıra məsələlər yerindəcə həll edilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, torpaqdan istifadə hüququnun təmin olunması, arıçılıq məhsullarının satışına və ixracına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların istixanaların yaradılması, tikinti materiallarının istehsalı, üzümçülük, heyvandarlıq məhsullarının, o cümlədən süd məhsullarının istehsalı və emalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Beyləqanda keçirilmiş qəbulda Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonları ilə yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır