İqtisadiyyat naziri Şahin Mustafayev Bolqarıstan Parlamentinin Büdcə və Maliyyə üzrə Komissiyasının sədri xanım Menda Stoyanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev dövlət başçılarının ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq üçün müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının fəaliyyəti əlaqələrin inkişafında əhəmiyyətlidir. Azərbaycanda Bolqarıstan kapitallı 9 şirkət fəaliyyət göstərir.