İyunun 23-də İqtisadiyyat naziri Şahin Mustafayev Qaxda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit təşklatının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının genişləndirilməsi, istehsal və emal sahələrinin yaradılması, sosial və digər məsələlərlə bağlı müraciət edib.
Qeyd edək ki, ümumilikdə qəbulda 40-a yaxın vətəndaş iştirak edib.